Putin Avropada qaz qiymətlərinin niyə artdığını AÇIQLADI

Putin Avropada qaz qiymətlərinin niyə artdığını  AÇIQLADI backend

Avropa bazarında qaz qiymətlərinin artması tədarük həcmlərinin azalması ilə deyil, daha gəlirli alıcıların meydana çıxması ilə bağlıdır.

Qaziler.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Vesti” xəbər xidmətinin jurnalisti Pavel Zarubinə verdiyi müsahibədə deyib. O, bu artımı Yaxın Şərqdəki hadisələrlə əlaqələndirib.

"Heç kim tədarükü azaltmayıb, lakin qiymətlər artıq 700 dollara (min kubmetr üçün) yüksəlib. Niyə? Neft bazarları da daxil olmaqla, qlobal bazarlardakı və qaz bazarındakı ümumi vəziyyə görə... Çünki Yaxın Şərqdəki hadisələrə görə eyni təbii qazı daha yüksə qiymətlərlə almağa hazır olan müştərilər ortaya çıxıb”, - Putin bildirib.

QAZİLER.AZ