İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb backend

İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Qaziler.az "TRT haber"ə istinadən xəbər verir ki, görüş zamanı Türkiyə ərazisinə düşən raket hadisəsi ilə bağlı Ankaranın narahatlığı və reaksiyası İran tərəfinə çatdırılıb.

Bildirilir ki, ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə fonunda Türkiyə regionda gərginliyin azaldılması üçün diplomatik səylərini davam etdirir. Bu çərçivədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Küveytin xarici işlər naziri Salim Abdullah əs-Sabah, İordaniyanın xarici işlər naziri Eymən əs-Səfədi, Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani, eləcə də Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan ilə telefon danışığı apararaq regiondakı son hadisələri müzakirə edib.

Diplomatik mənbələrin məlumatına görə, İran səfirinə baş verən hadisə ilə bağlı Türkiyənin narahatlığı və mövqeyi bir daha çatdırılıb.