Qətər hökuməti ölkədə fövqəladə vəziyyət elan edib.
Qaziler.az bildirir ki, bu barədə İranın IRIB News agentliyi özünün Telegram kanalında məlumat yayıb.
"Biz fövqəladə vəziyyət elan edirik və qaz hasilatını dayandırırıq", - məlumatda deyilir.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari daha əvvəl İranın ABŞ-ı hərbi əməliyyatlara son qoymağa və Tehranla danışıqlara qayıtmağa məcbur etmək ümidi ilə Körfəz ölkələrinə təzyiq göstərmək cəhdlərinin uğursuz olacağını bildirmişdi.
QAZİLER.AZ



