İranın sonuncu şahının oğlu Avropadan İran səfirliklərini ələ keçirməsini tələb etdi - VİDEO

İranın sonuncu şahının oğlu Avropadan İran səfirliklərini ələ keçirməsini tələb etdi -  VİDEO backend

Avropa ölkələri İslam Respublikası hökumətini devirmək üçün İran səfirliklərini ələ keçirməlidirlər.

Qaziler.az bildirir ki, bunu İranın sürgündə olan keçmiş vəliəhd şahzadəsi Rza Pəhləvi martın 4-də rusiyalı jurnalistlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Lexus) ilə "Vovan və Lexus Şousu"nda söhbəti zamanı bildirib.

"Diplomatların qovulması, səfirliklərin ələ keçirilməsi və bu kimi diplomatik addımlar da daxil olmaqla bəzi tədbirlər böyük əhəmiyyət kəsb edəcək", - Pəhləvi bu barədə Telegram kanalında yayımlanan videoda bildirib.

Keçmiş vəliəhd şahzadə həmçinin İrana iqtisadi təzyiqin artırılmasına çağırıb. O, həmçinin bildirib ki, təkcə Tehrana təzyiq göstərmək deyil, həm də alternativ müvəqqəti idarəetmə strukturu hazırlamaq vacibdir.

 

QAZİLER.AZ