İsrail Trampa sui-qəsd planlaşdıran şəxsin öldürüldüyünü açıqladı

İsrail Trampa sui-qəsd planlaşdıran şəxsin öldürüldüyünü açıqladı backend

İsrail Müdafiə Qüvvələri Trampa qarşı sui-qəsd cəhdini təşkil edən SEPAH üzvünün ölümünü elan etdi.

İsrail Müdafiə Qüvvələri (SAXAL) 2024-cü ildə ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdini təşkil etdiyi iddia edilən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi əməliyyat bölməsinin rəhbərinin ölümünü elan edib.

Qaziler.az bildirir ki, bu barədə İsrailin 9-cu Kanalı Telegram kanalında məlumat verib.

"İsrail Müdafiə Qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi əməliyyat bölməsinin rəhbəri və 2024-cü il prezident seçkilərindən əvvəl Trampa qarşı sui-qəsd cəhdinin arxasında duran şəxs Rəhman Makdamı öldürüb", - məlumatda deyilir.

İsrail tərəfinin artıq bu barədə Amerika liderinə məlumat verdiyi bildirilir.

QAZİLER.AZ