ABŞ-ın vitse-prezidenti J.D. Vensin İrana qarşı əməliyyatın başlamasından sonra bir neçə gün susması prezident Donald Trampla münasibətlərdə çatın yaranmasına işarə ola bilər.
Qaziler.az bildirir ki, bu barədə "Financial Times" qəzetinin məlumatında deyilir.
"Vans təxminən 72 saatdır ki, hərbi kampaniya ilə bağlı heç bir açıqlama verməyib. Fəal sosial media istifadəçisi və prezidentin ən qızğın müdafiəçilərindən biri kimi onun susqunluğu gözə girir", - məqalədə deyilir.
Vitse-prezident əməliyyat başladıqdan cəmi bir neçə gün sonra Fox News-da çıxış edərək ABŞ-ın bir neçə hərbi variantının olduğunu bildirdi. O, həmçinin əməliyyatın əvvəllər gözləniləndən daha uzun çəkə biləcəyini qeyd etdi. Müəlliflər siyasi imicini dünyada hərbi müdaxilələrə qarşı quran Vensin tonundakı qəfil dəyişikliyi qeyd ediblər.
QAZİLER.AZ



