Türk və rus gəmiləri üz-üzə: Egeydə gərginlik

Türk və rus gəmiləri üz-üzə: Egeydə gərginlik backend

Türkiyənin Moskvadakı hərbi attaşesi təcili olaraq Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Dekabrın 13-də Egey dənizinin şimal hissənidəki Lemnos adasının 22 kilometrliyində üzən Rusiyanın “Smetlivıy” xətt gəmisinin heyəti Türkiyənin gəmisi ilə toqquşmanın qarşısını alıb”, - məlumatda bildirilib.
Qeyd olunub ki, Moskva saatı ilə 9:03-də gəminin növbətçi xidməti 1 kilometr aralıdan Türkiyə gəmisinin sağ tərəfdən onlara yaxınlaşdığını müşahidə edib. Gəmi heyətinin türk tərəfi ilə əlaqəyə çıxmaq cəhdləri baş tutmayıb. 600 metr məsafədə ruslar Türkiyə gəmisinə atəş açacaqları barədə xəbərdarlıq edib. Məhz bundan sonra Türkiyə gəmisi kursu dəyişdirib.
Diaspora