Ukraynada tanınmış siyasətçi intihar edib

Ukraynada tanınmış siyasətçi intihar edib backend

Ukraynada Regionlar Partiyası fraksiyasının keçmiş sədr müavini Mixail Çeçetov intihar edib. APA-nın xəbərinə görə, bu barədə ukraynalı jurnalist Artyom Şevçenko özünün “Facebook” səhifəsində yazıb.

Məhkəmə-tibbi ekspertizadakı etibarlı mənbə bildirib ki, hadisə bu gecə saat 01.00 radələrində Kiyevdə baş verib. Mixail Çeçetov özünü yaşadığı binanın 17-ci mərtəbəsindən yerə atıb”, - deyə A. Şevçenko bildirib.

O qeyd edib ki, hadisə baş verən zaman M. Çeçetovun həyat yoldaşı evdə olub. İlkin məlumatlara görə, M. Çeçetov ölümdən öncə məktub yazıb.

Xatırladaq ki, fevralın 21-də Kiyevin Peçorsk rayon məhkəməsi M. Çeçetovun həbsi haqqında qərar çıxarıb. Eyni zamanda ona 5 mln. qrivnalıq pul girovu müqabilində azadlığa çıxmaq imkanı verilib. Çeçetov səlahiyyətlərindən sui-istifadədə ittiham olunurdu.
Diaspora