Tramp Rusiya və Ukraynaya məsləhət verdi

Tramp Rusiya və Ukraynaya məsləhət verdi backend

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişədən danışarkən bildirib ki, Moskva və Kiyev əlaqələri saxlamalıdırlar. O hesab edir ki, bu, münaqişənin həllinin yeganə yoludur.

Qaziler.az bildirir ki, bu barədə TASS agentliyi xəbər yayıb.

"Tanqo üçün iki nəfər lazımdır və onlar (Rusiya və Ukrayna) yola getməlidirlər. Onlar danışa bilməlidirlər", - Tramp bu barədə Almaniya kansleri Fridrix Merts ilə görüşündə deyib. 

O, həmçinin əlavə edib ki, münaqişədə vasitəçilər yalnız "əllərindən gələni etmək üçün cəhd etməlidirlər".

ABŞ prezidenti vurğulayıb ki, Moskva və Kiyev qarşılıqlı nifrət səbəbindən razılığa gələ bilmirlər. Onun fikrincə, bu, hər iki tərəf üçün pisdir.

QAZİLER.AZ