İsrail Beyruta zərbələri artırdı

İsrail Beyruta zərbələri artırdı backend

İsrail Livanın paytaxtı Beyruta zərbələri intensivləşdirib.

İsrailin 3 martda Livanın Beyrut şəhərinə hücumları əvvəlki gündən daha intensiv və uzunmüddətli olub.

Qaziler.az bildirir ki, bu barədə "Vesti" xəbər xidmətinin müxbiri Aleksandr Bilibov məlumat verib. Onun sözlərinə görə, Livan paytaxtında vəziyyət son dərəcə gərgin olaraq qalır.

"Beyruta hücumlar bu gün də davam etdi. Üstəlik, onlar əvvəlki gündən daha genişmiqyaslı, daha uzunmüddətli və daha intensiv idi", - deyə Bilibov bildirib.

Jurnalist qeyd edib ki, şəhərdə insanların hava hücumlarından sığına biləcəyi bomba sığınacaqları yoxdur. Sakinlər ölkənin cənub bölgələrindən və Beyrutun cənub məhəllələrindən kütləvi şəkildə qaçaraq təhlükəsizlik axtarışında şimala doğru gedirlər. O əlavə edib ki, belə sığınacaqlar hələ də Livanda qalmaqdadır.

QAZİLER.AZ