Niderland Yaxın Şərqdən 83 vətəndaşını geri qaytaracaq

Niderland Yaxın Şərqdən 83 vətəndaşını geri qaytaracaq backend

Döyüş əməliyyatları səbəbindən Yaxın Şərqdə qalan təxminən 80 Niderland vətəndaşının Omandan təyyarə ilə geri qayıtması planlaşdırılır.

Qaziler.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen bildirib.

Berendsen ən azı 83 vətəndaşın 3 martda KLM reysi ilə Omandan Niderlanda qayıtmasının planlaşdırıldığını açıqladı.

O, təhlükəli vəziyyəti səbəbindən regionun digər nöqtələrindən uçuşların təşkilinin çətin olaraq qaldığını qeyd etdi.

Nazir əlavə edib ki, Niderlandın Yaxın Şərqdəki diplomatik nümayəndəlikləri mümkün çıxış variantları olan vətəndaşlara təlimatlar göndərir.

QAZİLER.AZ