“CNN Türk”ün çəkiliş qrupu Tel-Əvivdə canlı yayım zamanı İsrail təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.
Qaziler.az xəbər verir ki, bu barədə kanalın veb saytında məlumat verilib.
CNN TÜRK müxbiri Emrah Çakmak və operator Halil Kahraman Tel-Əvivdəki son hadisələri işıqlandırarkən İsrail təhlükəsizlik işçisi onlara yaxınlaşıb və kameranı əli ilə örtməyə çalışıb. Daha sonra kamera kadrdan çıxıb və canlı yayım kəsilib.
Müxbirlər daha sonra saxlanılıb. Onların hazırkı yeri məlum deyil.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Əbdülqadir Uraloğlu bildirib ki, türkiyəli jurnalistlərin azad edilməsi üçün bütün diplomatik kanallara müraciət ünvanlanıb.
QAZİLER.AZ



