Tramp İrandakı əməliyyatı bu şərtlə dayandıracaq

Tramp İrandakı əməliyyatı  bu şərtlə dayandıracaq backend

ABŞ prezidenti Donald Tramp dörd məqsədinə çatana qədər İrandakı əməliyyatı davam etdirmək niyyətindədir.

Qaziler.az xəbər verir ki, bu barədə “CBS News” ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Trampın İranın raket qüvvələrini və donanmasını məhv etmək, İranın nüvə silahları inkişaf etdirməsinin qarşısını almaq və Tehranı digər ölkələrdəki terrorçu orduları silahlandırmaq, maliyyələşdirmək və onlara rəhbərlik etmək qabiliyyətindən məhrum etmək istədiyi deyilir.

Qeyd edək ki, fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Donald Tramp zərbələri Tehranın nüvə ambisiyalarından imtina etmək istəməməsi ilə bağlı səbrinin tükənməsi ilə əlaqələndirib.

QAZİLER.AZ