İran Netanyahunun yerini bildiyinə dair xəbərdarlıq edib

İran Netanyahunun yerini bildiyinə dair  xəbərdarlıq edib backend

İran İsrail Baş naziri Benyamin Netanyahunun harada görüşlər keçirdiyini bilir.

Qaziler.az bildirir ki, İSNA-nın məlumatına görə, bu barədə İslam Respublikasının Ali Liderinin müşaviri Yəhya Rəhim Səfəvi deyib.

"Biz Netanyahu ilə keçirilən görüşlərin yerini bilirik", - deyə İranın yüksək vəzifəli hərbi rəsmisi bildirib.

Martın 2-də İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti İran qüvvələrinin İsrail Baş nazirinin ofisinə zərbə endirdiyini bildirib. Bəyanatda hədəfin Xeybər raketləri ilə vurulduğu aydınlaşdırılıb. Daha sonra məlumatlı mənbəyə istinadən Netanyahunun ofisinə hücum edilmədiyini bildiriblər.

QAZİLER.AZ