İran Bəhreyndə ABŞ hərbi komandanlığına hücum edib

İran Bəhreyndə ABŞ hərbi komandanlığına hücum edib backend

İran Bəhreyndə strateji komandanlıq obyektlərinə və ABŞ avadanlıqlarının yerləşdiyi kompleksə hücum edib. Ümumilikdə 10 hədəfə raket zərbələri endirilib.

Qaziler.az bildirir ki, bu barədə İran dövlət televiziyası IRIB İran İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

“İran Bəhreyndə Şeyx İsa Hava Bazasındakı 10 əsas və strateji komandanlıq obyektinə və ABŞ avadanlıqlarının yerləşdiyi obyektlərə raket zərbələri endirib”, - bəyanatda qeyd edilib.

İran qüvvələrinin haviabazada yerləşən hava hərəkətinin idarə edilməsi mərkəzinə zərbə endirdiyi bildirilib. Bundan əlavə, təyyarələrin yanacaq doldurulması üçün istifadə edilən yanacaq çənlərinə və yüksək rütbəli Amerika hərbçilərinin yaşadığı binaya zərbə endirilib.

İslam İnqilabı Keşikçiləri Korpusu hücumun hərbi bazanın infrastrukturunu tamamilə sıradan çıxardığını vurğulayıb. Daha sonra ABŞ qoşunları obyektdən geri çəkilib.

QAZİLER.AZ