Ağ Evin TikTok kanalında İspaniyanın “Los Del Rio” qrupunun ritmik "Macarena" mahnısının sədaları altında İrana qarşı hava hücumlarının videosu yayımlanıb.
Qaziler.az xəbər verir ki, klipdə ABŞ hərbçiləri, qırıcı təyyarələr və raket hücumları göstərilib. Görüntülər sosial mediada 325.000 bəyənmə toplayıb.
Post tez bir zamanda zarafat və müzakirələr mənbəyinə çevrilib.
Bir çoxları izləyicilərə vəziyyətin ciddiliyini xatırladıb. Onlar müharibənin əyləncəyə çevrilməməli olduğunu qeyd ediblər və "Ağ Ev musiqinin sədaları altında hərbi hücumlar göstərirsə, biz hansı dünyada yaşayırıq" sualını veriblər. Bəzi istifadəçilər isə siyasətçiləri mülki şəxsləri münaqişəyə cəlb etmək əvəzinə, "təkbətək döyüşməyə" çağırıblar.
QAZİLER.AZ



