"Hizbullah" İsraillə müharibəyə başladığını bəyan edib

"Hizbullah" İsraillə müharibəyə başladığını bəyan edib backend

Livanın "Hizbullah" radikal qruplaşması İsraillə müharibəyə başladığını bəyan edib.

Bu barədə "Report" İsrail KİV-lərinə istinadən xəbər verir.

Qruplaşmanın bəyanatında vurğulanıb ki, onlar daha əvvəl dəfələrlə "addımları cavabsız qoymağın mümkünsüzlüyü" barədə xəbərdarlıq ediblər. Endirilən zərbələr "müdafiə tədbiri və qanuni hüquq" adlandırılıb.

Bundan əlavə, "Hizbullah" ötən gecə İsrail ərazisinə pilotsuz uçuş aparatlarının buraxılmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Eyni zamanda, qruplaşma Meron dağındakı hava hərəkətinin idarə edilməsi bazasına və Ramat-David hərbi hava bazasına zərbələr endirdiyini bəyan edib. Onun iddiasına görə, səhər saatlarında İsrail Ordusunun Qolan yüksəkliklərindəki bazası raket atəşinə tutulub.

Öz növbəsində, İsrail tərəfi son bir saat ərzində bütün raket atışlarının İran ərazisindən həyata keçirildiyini bəyan edib.

İsrail Müdafiə Ordusunun məlumatına görə, Livandan buraxılmış iki pilotsuz uçuş aparatı ələ keçirilib.