ABŞ növbəti 24 saat ərzində İrandakı hədəflərə hücumların sayının "əhəmiyyətli dərəcədə artırmağa" hazırlaşır.
Bu barədə CNN telekanalına yüksək rütbəli amerikalı rəsmi bildirib.
Telekanalın həmsöhbəti qeyd edib ki, ABŞ-nin qiymətləndirməsinə görə, hücumların birinci mərhələsi İranın müdafiəsini zəiflətməyə imkan verib və növbəti mərhələdə əsas diqqət ölkənin raket istehsalının, pilotsuz uçuş aparatlarının (PUA) və hərbi dəniz donanmasının məhv edilməsinə yönəldiləcək.
O həmçinin bildirib ki, ABŞ-nin raket ehtiyatları tükənməkdədir. Bu, xüsusilə yerüstü hədəfləri vurmaq üçün nəzərdə tutulan "Tomahawk" raketlərinə və "SM-3" raket ələ keçirən sistemlərinə aiddir.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı güclü zərbələrin hələ qarşıda olduğunu açıqlayaraq bunların yaxın vaxtlarda baş verəcəyi barədə xəbərdarlıq edib.
Report.az



