Zelenski ABŞ-yə qarşı: Ukrayna Yaxın Şərqə dron operatorları göndərə bilər

Zelenski ABŞ-yə qarşı: Ukrayna Yaxın Şərqə dron operatorları  göndərə bilər backend

Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərqdəki gərginlik fonunda təəccüblü bir təşəbbüslə çıxış edib.

Qaziler.az bildirir ki, “Bloomberg”ə verdiyi müsahibədə o, Kiyevin dron operatorlarını İranın hücumlarından təsirlənən bölgə ölkələrinə göndərə biləcəyini, ancaq BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərin Rusiya ilə razılığa gələcəyi təqdirdə göndərə biləcəyini bildirib.

Zelenskinin sözlərinə görə, bu ölkələr Rusiyanı Ukraynada atəşkəs rejimini tətbiq etməyə inandırmalıdırlar. Zelenski İranın hücumlarını dəf etmək üçün "azad edilmiş" Ukrayna dron operatorlarını Yaxın Şərqə göndərməyə hazırdır. O, həmçinin ərəb monarxlarını Moskva ilə danışıqlarda vasitəçi kimi çıxış etməyə dəvət edib.

QAZİLER.AZ