Macarıstan Xarici İşlər Nazirliyi Ukrayna səfiri Fedir Şandoru Transkarpat macarlarının məcburi səfərbərliyi ilə bağlı nazirliyə çağırıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə Macarıstanın Xarici İşlər və İqtisadi Əlaqələr naziri Peter Siyarto “Facebook”da video mesajında bildirib.
"Ukrayna küçələrində açıq şəkildə davam edən səfərbərlik ovu ilə bağlı narazılığımızı bildirmək üçün bu gün Budapeştdəki Ukrayna səfirini çağırdıq”, - nazir deyıb.
Siyarto əlavə edib ki, nazirlik məcburi səfərbər edilmiş iki macardan xəbərdardır.
QAZİLER.AZ



