İran raket hücumlarında hansı taktikadan istifadə edir?

İran raket hücumlarında hansı taktikadan istifadə edir? backend

İran ABŞ-nin hava hücumundan müdafiəsini zəiflətmək məqsədilə Amerika bazalarına zərbə endirmək üçün köhnə ballistik raketlərdən istifadə edir.

Qaziler.az-ın məlumatına görə, bunu hərbi ekspert Yuri Knutov “Vesti” xəbər agentliyinə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, “Patriot” raketlərin sursat təchizatı bitdikdən sonra müasir sursatlardan istifadə olunacaq.

“İran hazırda köhnə ballistik raketlərindən istifadə edir və bunu çox ağıllı şəkildə edir. Bunu etməklə, ABŞ arsenalından “Patriot” raket sursatlarını effektiv şəkildə çıxarır. Lakin, daha sonra ən qabaqcıl müasir raketlərindən istifadə edəcək. Məhz o zaman amerikalıların və israillilərin hipersəs “Fəttah” raketlərinə qarşı döyüşmək üçün demək olar ki, heç bir raketi qalmayacaq”, - ekspert vurğulayıb.

QAZİLER.AZ