ABŞ və İsrail "dünyanı xilas etmək" üçün İrana qarşı birgə əməliyyata başlayıblar.
Qaziler.az "The Jerusalem Post" qəzetinə istinadla xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib. Onun sözlərinə görə, İran xalqının Tehrandakı rejimi devirəcəyi gün yaxınlaşır.
"İran xalqının zülm boyunduruğundan qurtula biləcəyi gün yaxınlaşır. Bu, insanlıq uğrunda mübarizədir. Tehrandakı zalımlar mülki şəxslərə hücum edirlər. Biz mülki şəxsləri qorumaq üçün Tehran zalımlarına hücum edirik", - Netanyahu bəyan edib.
Netanyahu əlavə edib ki, əgər İran nüvə silahları və onları çatdırmaq üçün vasitələr, o cümlədən qitələrarası ballistik raketlər əldə edərsə, bu, bütün bəşəriyyət üçün təhlükəyə çevriləcək. Buna görə də, o, ABŞ prezidenti Donald Trampla birlikdə özlərini qorumaq qərarına gəldiklərini və bunu etməklə başqalarını da qorumağa çalışdıqlarını vurğulayıb.
QAZİLER.AZ



