Pilotsuz uçuş aparatı Əbu-Dabinin cənub-qərbindəki Musaffah sənaye ərazisindəki yanacaq terminalına hücum edib.
Qaziler.az xəbər verir ki, bu barədə əmirliyin “X” sosial media hesabında qeyd olunub.
Hücum nəticəsində yanğın tez bir zamanda söndürülüb.
Hakimiyyət orqanlarının məlumatına görə, heç kim xəsarət almayıb və hadisə biznes əməliyyatlarına təsir etməyib.
QAZİLER.AZ



