Ölkənin ən təhlükəsiz və strateji əhəmiyyətli obyektlərindən biri hesab edilən Nətənz uran zənginləşdirmə zavoduna 24 saat ərzində İsrail tərəfindən iki dəfə zərbə endirilib.
Qaziler.az bildirir ki, bu barədə “Associated Press” məlumat yayıb.
İranın Atom Enerjisi Təşkilatının (AEOI) vitse-prezidenti və rəhbəri Məhəmməd Eslaminin verdiyi açıqlamaya görə, hücum 1 mart günortadan sonra baş verib və intensiv olub.
“ABŞ və İsrail 1 mart bazar günü günortadan sonra təcavüzkar hücumlarını davam etdirərək yenidən Nətənz nüvə təsislərinə iki seriya qəddarcasına zərbə endiriblər”, - Eslami bildirib.
Bəyanatda vurğulanıb ki, bu hücum İranın nüvə proqramına qarşı düşmənçilik kampaniyasının davamıdır. Lakin rəsmi açıqlamada hələlik mümkün zərər və ya itkilər barədə təfərrüatlar açıqlanmayıb.
QAZİLER.AZ



