“ABŞ-İran münaqişəsi yayılmadan söndürülməlidir”.
Qaziler.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada etdiyi çıxışında deyib.
Ərdoğan qeyd edib ki, əks halda bütün region və qlobal təhlükəsizlik üçün ciddi risklər olacaq.
“Lazımi müdaxilə edilməzsə, bu münaqişə regional və qlobal təhlükəsizlik üçün ciddi nəticələrə səbəb olacaq. Heç kim yaranacaq iqtisadi və geosiyasi qeyri-müəyyənliyə dözə bilməz. Buna görə də, yanğın daha da yayılmadan söndürülməlidir”, - Ərdoğan deyib.
Türkiyə lideri Türkiyə və İran xalqlarının əsrlər boyu sülh və qonşuluq şəraitində yaşadığını və bu ənənənin davam edəcəyini bildirib. Bu baxımdan o, Ankaranın əsas məqsədinin düşmənçiliyə son qoymaq və danışıqlar üçün şərait yaratmaq olduğunu vurğulayıb.
QAZİLER.AZ



