İran rəsmiləri Amerika Birləşmiş Ştatları (ABŞ) ilə son danışıqları həftələrlə ləngidirdilər.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-nin müdafiə katibi Pit Heqset keçirdiyi brifinqdə deyib.
“Dinc və ağıllı bir razılaşma əldə etmək üçün hər şans var idi. Lakin Tehran danışıqlar aparmırdı, onlar ləngidirdilər”,- deyə o bildirib.
Pit Heqset İranın nüvə məqsədlərinə qalxan yaratmaq üçün güclü raketlər və dronlar yaratdığını əlavə edib.
Müdafiə katibi, həmçinin ABŞ-nin ötənilki hücumlar zamanı İranın nüvə obyektlərini məhv etdiyini xatırladıb və bu ölkə hökumətinin gələcək nüvə ambisiyalarından imtina etməkdən boyun qaçırdığını söyləyib.
Onun sözlərinə görə, Tramp administrasiyası müharibəyə başlamamışdan əvvəl diplomatik səylərə cəhd göstərib.



