İranın hücumları nəticəsində həlak olan amerikalı hərbçilərin sayı dördə çatıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"Dörd amerikalı hərbçi döyüşdə həlak olub. İranın ilk hücumları zamanı ağır yaralanan dördüncü hərbçi sonradan ölüb", - qeyd olunub.
Həmçinin əsas döyüş əməliyyatlarının, eləcə də cavab tədbirlərinin davam etdiyi bildirilib.



