İran İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinə zərbə endirib.
Qaziler.az bildirir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu barədə "Fars" xəbər agentliyinin Telegram kanalına məlumat verib.
"İsrail Baş nazirinin ofisi və İsrail Hərbi Hava Qüvvələri komandanının qərargahı onuncu hücum dalğasının bir hissəsi olan Xeybər raketləri ilə İran qüvvələri tərəfindən hədəfə alınmış və qəfil zərbələr endirilib və ciddi ziyan dəyib", - SEPAH-ın açıqlamasında deyilir.
Netanyahunun taleyi hazırda məlum deyil və İsrail rəsmiləri hələlik hadisə ilə bağlı şərh verməyiblər.
QAZİLER.AZ



