Fransa BƏƏ-dəki bazasına PUA hücumunu təsdiqləyib

Fransa BƏƏ-dəki bazasına PUA hücumunu təsdiqləyib backend

Fransanın xarici işlər naziri Jan-Noel Barrot bir gün əvvəl Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) dəniz obyektinə pilotsuz təyyarənin hücum etdiyini təsdiqləyib.

Qaziler.az bildirir ki, o, bunu martın 2-də Parisdə keçirilən mətbuat konfransında açıqlayıb.

"Dünən Əmirliklərdəki dəniz bazamızdakı bir anqar Əbu-Dabi limanını hədəf alan dron hücumuna məruz qaldı. Xoşbəxtlikdən, ziyan yalnız maddi və məhdud idi", - deyə o bildirib.

Onun sözlərinə görə, zərbə nəticəsində heç bir itki və ya xəsarət alan olmayıb. Fransa tərəfi BƏƏ hakimiyyəti ilə əlaqə saxlayır və nəticələri qiymətləndirməyə davam edir. Obyekt fəaliyyətdədir və personalın təhlükəsizliyi təmin edilir.

QAZİLER.AZ