"Əvvəl mən onu öldürdüm" - Tramp İranın sui-qəsd cəhdləri ilə bağlı açıqlama verib

"Əvvəl mən onu öldürdüm" - Tramp İranın sui-qəsd cəhdləri ilə bağlı açıqlama verib backend

İran ABŞ prezidenti Donald Trampa qarşı bir neçə dəfə sui-qəsd cəhdi edib, lakin bütün cəhdlər nəticəsiz qalıb.

Qaziler.az bildirir ki, bu barədə "RBK-Ukrayna" "ABC News" jurnalisti Conatan Karlın Twitter hesabına istinadən məlumat yayıb.

"Mən onu (Ayətullah Əli Xamenei - red.) o, məni öldürməzdən əvvəl öldürdüm. Onlar (İran - red.) iki dəfə cəhd etdilər. Ondan əvvəl mən onu öldürdüm", - deyə Tramp Karl ilə söhbətində bildirib.

"ABC News" jurnalistinin sözlərinə görə, Amerika kəşfiyyatı həqiqətən də 2024-cü ildə Trampa qarşı sui-qəsd planının olduğunu düşünür.

 "Hücum o qədər uğurlu oldu ki, ayətullah vəzifəsinə namizədlərin əksəriyyətini aradan qaldırdı. Nəzərə aldığımız insanlardan heç biri onun yerini tutmayacaq, çünki hamısı ölüb. Növbədə ikinci və üçüncü olanlar da ölüblər", - ABŞ prezidenti əlavə edib.

QAZİLER.AZ