BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdə artan gərginlik fonunda İranla bağlı təcili iclas çağırıb.
Qaziler.az "Report"a istinadla xəbər verir ki, Şuranın 10112-ci iclası Bakı vaxtı ilə 1 mart 2026-cı il tarixində saat 01:00-da Nyu-Yorkda keçiriləcək.
İclasın regionda son hərbi eskalasiya və İran ətrafında yaranmış təhlükəsizlik vəziyyətinə həsr olunacağı gözlənilir.
Şura üzvlərinin mövcud vəziyyəti qiymətləndirəcəyi və mümkün diplomatik addımları nəzərdən keçirəcəyi bildirilir.



