İsrail və ABŞ İranda hakim rejimdən qaynaqlanan təhdidləri aradan qaldırmaq məqsədilə İrana qarşı əməliyyata başlayıb.
Trend İsrail KİV-ə istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu İrana qarşı əməliyyatla bağlı keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, əməliyyatın gedişində elə bir şərait yaradılmalıdır ki, İran xalqı taleyini öz əlinə ala bilsin.
“Qardaşlarım və bacılarım, İsrail vətəndaşları, az əvvəl İsrail və Amerika Birləşmiş Ştatları İrandakı terror rejiminin yaratdığı ekzistensial təhlükəni aradan qaldırmaq məqsədilə əməliyyata başlayıblar”, – o bildirib.
“Mən əziz dostumuz, Prezident Donald Trampa onun tarixi liderliyinə görə təşəkkür edirəm”, – deyə o əlavə edib.
“47 ildir ki, ayətullah rejimi "İsrailə ölüm" və "Amerikaya ölüm" şüarlarını səsləndirir. O, bizim qanımızı töküb, bir çox amerikalını qətlə yetirib və öz xalqına qarşı qətliam törədib,” – Netanyahu qeyd edib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana qurudan, dənizdən və havadan zərbələri endi



