Tramp İranla danışıqlardan narazıdır

Tramp İranla danışıqlardan narazıdır backend

ABŞ İranın danışıqlar aparmaq tərzindən narazıdır.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Buna baxmayaraq, İran ilə geniş müzakirələrin aparılmasını gözləyirəm" , - o bildirib.

Ağ Evin rəhbəri İranla bağlı yekun qərar qəbul etmədiyini də vurğulayıb: "İranla razılığa gəlmək istəyirəm. Bu ölkə nüvə silahına sahib ola bilməz. İran o "qızıl sözlər"i, yəni "nüvə silahı istəmirik" cümləsini demir".