Tramp sülhdən sonra Rusiyaya qarşı sanksiyaların ləğv edilməsini istəyib

Tramp sülhdən sonra Rusiyaya qarşı sanksiyaların ləğv edilməsini istəyib backend

ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı razılaşma əldə edildikdən sonra Rusiyaya qarşı sanksiyaların ləğv edilməsini istəyib.

Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.

"Mən sanksiyaların yüngülləşdirilməsini çox istərdim", - deyə Ağ Ev rəhbəri iki ölkə arasında məhdudiyyətləri aradan qaldırmaq və ticarət-iqtisadi əlaqələri genişləndirmək istəyi ilə bağlı suala cavabında bildirib.

Bundan əlavə, Tramp Ukraynadakı münaqişənin tez bir zamanda həllində maraqlı olduğunu vurğulayıb.

"Mən bunun tez bir zamanda bitməsini istəyirəm", - deyə siyasətçi deyib.

QAZİLER.AZ