Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin İran rəhbərliyinə qarşı mümkün hərbi əməliyyatını dəstəkləyib.
Qaziler.az xəbər verir ki, o, bunu “Sky News”a verdiyi müsahibədə bildirib.
"Düşünürəm ki, İranda insanlar açıq şəkildə digər ölkələrə hücum etmək istəyən və çoxlu zərər verən mövcud rejimi dəyişdirmək üçün kömək axtarırlar. Mən xalqa qarşı deyil, rejimə qarşı yönəlmiş əməliyyatı dəstəkləyərdim", - deyə Zelenski bildirib.
Ukrayna lideri ABŞ və İran arasındakı gərginlikdənsə diplomatik həllə üstünlük verdiyini qeyd edib, lakin o, Tehranın danışıqlar aparmaq istəyinə şübhə ilə yanaşdığını bildirib.
QAZİLER.AZ



