Əfqanıstan Pakistanı döyüşləri paytaxtın içinə doğru aparacağı ilə HƏDƏLƏDİ

Əfqanıstan Pakistanı döyüşləri paytaxtın içinə doğru aparacağı ilə HƏDƏLƏDİ backend

Əfqanıstan Ordusunun Baş Qərargah rəisi Qari Fasihuddin Fitrat, milli təhlükəsizliyin təhdid altında qalacağı təqdirdə, Əfqanıstan qüvvələrinin döyüşləri Pakistan ərazisinə, o cümlədən İslamabadın içinə doğru, daha dərinə apara biləcəyi barədə xəbərdarlıq edib.

Qaziler.az “Reuters”ə istinadla bildirir ki, bu haqda ölkənin Müdafiə Nazirliyinin “X” sosial media səhifəsində video mesaj dərc edilib.

"Əgər onlar təhlükəsizliyə təhdid edərsə, qüvvələrimizin inzibati mərkəzləri, paytaxt İslamabadı təhlükəli etmək üçün lazımi imkanları var", - deyə o bildirib.

Fitrat qeyd edib ki, Əfqanıstan ərazisinə edilən hər hansı bir müdaxilənin cavabsız qalmasına imkan verməyəcək.

Eyni zamanda, “Taliban” hökumətinin sözçüsü Zəbihullah Mücahid Əfqanıstanın Pakistanla münaqişə zamanı yaranan problemlərin sülh yolu ilə həllinə hazır olduğunu bildirib.

Fevralın 27-də Pakistanın müdafiə naziri Xavaca Asif Kabil və Qəndəharda hava hücumları və qarşılıqlı terrorizm ittihamları fonunda Əfqanıstandakı “Taliban” hökumətinə qarşı açıq müharibə elan edib. Hər iki tərəf onlarla itki və ələ keçirilən mövqelər barədə məlumat verib və eskalasiya getdikcə genişlənir.

QAZİLER.AZ