İsraildə Amerika diplomatlarının təxliyəsi başlayıb

İsraildə Amerika diplomatlarının təxliyəsi başlayıb backend

ABŞ Dövlət Departamenti vəziyyətin gərginləşməsi səbəbindən bəzi diplomatik heyətini İsraildən geri çağırmaq qərarına gəlib.

Qaziler.az bildirir ki, ABŞ səfirliyinin veb saytında dərc olunan məlumata görə, artıq 27 fevral tarixindən etibarən vacib olmayan işçilərə və onların ailə üzvlərinə İsraili tərk etməyə icazə verilib.

Bəyanatda deyilir ki, Dövlət Departamenti təhlükəsizlik riskləri səbəbindən İsraildəki diplomatik missiyanın vacib olmayan işçilərinin, eləcə də onların ailə üzvlərinin ölkəni tərk etməsinə icazə verib.

Bundan əlavə, səfirlik işçilərinin və onların ailələrinin İsrailin müəyyən ərazilərində, o cümlədən Qüdsün Köhnə Şəhəri və Qərb Şəriyəsində hərəkətinə əlavə məhdudiyyətlər tətbiq edə bilər. Amerika vətəndaşlarına bu seçim qaldığı müddətcə İsraili kommersiya uçuşları ilə tərk etmələri tövsiyə olunub.

QAZİLER.AZ