İran Rusiya istehsalı olan sualtı qayığı istifadəyə verib

İran Rusiya istehsalı olan sualtı qayığı istifadəyə verib backend

İran Hərbi Dəniz Qüvvələri Rusiya istehsalı olan 877EKM “Paltus” sinifli dizel-elektrik sualtı qayıqlarından birini xidmətə qaytarıb.

Qaziler.az-ın məlumatına görə, bu barədə “İmpNavigator” teleqram kanalı yazır.

Kanalın müəllifləri Bəndər Abbas bazasının peykdən çəkilmiş son görüntüsünü vurğulayıblar.

Rusiya istehsalı olan sualtı qayıq təmirdə deyil, sahildədir. Yazının müəllifləri qeyd ediblər ki, bu sinfin hər üç sualtı qayığı əvvəllər uzun müddət təmir olunub.

QAZİLER.AZ