Əfqanıstan ordusu İslamabadın hava hücumlarına qarşı genişmiqyaslı cavab əməliyyatı zamanı xeyli sayda Pakistan əsgərinin öldürüldüyünü elan edib.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, Əfqanıstan Baş Qərargah rəisi Qari Fasihuddin Fitrat ölkənin silahlı qüvvələrinin sərhəddə bir neçə strateji mövqeni ələ keçirdiyini təsdiqləyib.
“Düşmənin xeyli sayda postu ələ keçirilib və Pakistan hərbi rejiminin çoxlu sayda şəxsi heyəti öldürülüb”, - Fitrat deyib.
Əfqanıstan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə, zərbələr Abbottabad, Camrud, Nauşera və Feysalabad ərazilərindəki hərbi bazaları hədəfə alıb. Nazirliyin açıqlamasında möhkəmləndirilmiş mövqelərin uğurla ələ keçirildiyi vurğulanıb. Əfqanıstan tərəfi həmçinin bütün nəzərdə tutulan məqsədlərə "tam şəkildə" nail olunduğunu iddia edib.
QAZİLER.AZ



