Pakistan Əfqanıstana qarşı heç vaxt nüvə silahından istifadə etməyəcək.
Qaziler.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu sözləri İslamabadın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi bildirib. Onun sözlərinə görə, Pakistan əfqanları qardaş millət hesab edir.
“Biz məsuliyyətli ölkəyik, məsuliyyətli nüvə gücüyük. Əfqanıstana qarşı heç vaxt nüvə silahından istifadə etməyəcəyik; onlar qardaş millətdir”, - Tirmizi vurğulayıb.
QAZİLER.AZ



