İran və ABŞ nümayəndələri Cenevrədə danışıqların növbəti mərhələsini başa vurublar və öz liderləri ilə məsləhətləşmələrdən sonra dialoqu bərpa etmək barədə razılığa gəliblər.
Apa xəbər verir ki, bu barədə iki tərəf arasında vasitəçilik edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi öz “X” hesabında məlumat verib.
"Biz danışıqları onların paytaxtlarında məsləhətləşmələrdən qısa müddət sonra bərpa edəcəyik. Texniki səviyyədə müzakirələr gələn həftə Vyanada keçiriləcək", - o bildirib.
XİN rəhbəri İran və ABŞ nümayəndələrinə, o cümlədən Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri və İsveçrə hökuməti də daxil olmaqla, prosesin bütün iştirakçılarına səylərinə görə təşəkkür edib.
Nazir onu da qeyd edib ki, Cenevrədə ABŞ və İran arasında danışıqlar əhəmiyyətli irəliləyişlə başa çatıb.



