Omanda keçirilən gözəllik müsabiqəsində 20 dəvə iştirakdan məhrum edilib

Omanda keçirilən gözəllik müsabiqəsində 20 dəvə iştirakdan məhrum edilib backend

Kosmetik prosedurların izləri heyvanların şouda iştirakını davam etdirməsinə mane olub.

Qaziler.az bildirir ki, bu barədə Kazinform xəbər verir.

Oman Sultanlığının Əl-Musana əyalətində keçirilən 2026-cı il "Camel Beauty Show" festivalı 20 dəvənin yarışdan kənarlaşdırılması ilə nəticələnib.

"Daily Mail" qəzetinin məlumatına görə, konkurs baytarları kosmetik təkmilləşdirmə əlamətlərini müşahidə ediblər.

Körfəz ölkələrində dəvə gözəllik müsabiqələri mədəni və tarixi irsi əks etdirən bir tədbirdir.

Regionda keçirilən dəvə festivallarının mükafat fondu on milyonlarla dollara çata bilər.

QAZİLER.AZ