Kuril adaları sahillərində 5,0 bal gücündə zəlzələ baş verib.
Kuril adalarının şərq sahillərində güclü zəlzələ baş verib.
Qaziler.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmik Mərkəzinin (EMSC) mütəxəssisləri məlumat verib.
Yeraltı təkanlar 26 fevral tarixində Moskva vaxtı ilə saat 20:04-də (27 fevral yerli vaxtla saat 02:04) qeydə alınıb. Onların maqnitudası 5,0-ə çatıb və seysmoloqlar bunu böyük zəlzələ hesab edirlər.
Zəlzələnin episentri təxminən 2500 nəfərin yaşadığı Kurilsk şəhərindən 273 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Rusiya bölgəsində heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.
QAZİLER.AZ



