Norveç Ukraynadan olan kişilər üçün qaydalarını dəyişdirir

Norveç Ukraynadan olan kişilər üçün qaydalarını dəyişdirir backend

Norveç hakimiyyəti hərbi xidmət yaşına çatmış ukraynalı kişilər üçün müvəqqəti kollektiv müdafiəni ləğv etməyi planlaşdırır. Yeni qaydalar ölkəyə gələn 18 yaşdan 60 yaşa qədər vətəndaşlara şamil ediləcək.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Norveç hökumətinin rəsmi saytına istinadən məlumat yayıb.

Norveç Ədliyyə Nazirliyi bu addımı miqrasiya prosesləri üzərində nəzarəti qorumaq üçün zəruri hesab edir.

Rəsmilərin sözlərinə görə, ölkə artıq Skandinaviya ölkələri arasında ən çox sayda ukraynalını qəbul edib və bələdiyyə resursları tükənmək üzrədir.

QAZİLER.AZ