Nüvə ritorikası danışıqlarda gözardı edilə bilməyən bir amildir.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Rusiya liderinin mətbuat katibi əlavə edib ki, bu məsələ danışıqların yeni mərhələsində mütləq qaldırılacaq.
“Əlbəttə ki, bu [nüvə ritorikası] [Ukrayna danışıqları zamanı] gözardı edilə bilməyən bir amildir”, - Kremlin sözçüsü deyib.
Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti London və Parisin Ukraynaya nüvə silahlarının potensial ötürülməsini onun müstəqil inkişafının nəticəsi kimi təqdim etməyə çalışdığını bildirmişdi.
QAZİLER.AZ



