Britaniya hakimiyyəti ukraynalı ailəyə sığınacağın verilməsini rədd edərək, panik atak keçirən uşağına səs-küyə qarşı qulaqlıqlardan istifadə etməyi məsləhət görüb.
Qaziler.az xəbər verir ki, bu barədə “Sky News” yazır.
London bildirib ki, qərbi Ukraynada təhlükəsiz zonalar var və ailə, məsələn, Çernovtsiyə gedə bilər.
“Qızınızın panik atak simptomlarının öhdəsindən gəlməsinə kömək etmək üçün səs-küyə qarşı qulaqlıqlardan istifadə etməyi və otağınızı səs izolyasiyası ilə təmin etməyi düşünə bilərsiniz”, - Böyük Britaniya Daxili İşlər Nazirliyi vurğulayıb.
QAZİLER.AZ



