Rusiya və Ukrayna bu gün - 26 fevralda, həlak olan əsgərlərin cəsədlərinin daha bir mübadiləsini həyata keçirəcəklər.
Qaziler.az-ın məlumatına görə, bu barədə Rusiya Dövlət Dumasının hərbi əməliyyatlar üzrə parlament koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliyev RBK-ya bildirib. Rusiya Müdafiə Nazirliyi isə bu məlumatla bağlı şərh verməyib.
Parlament üzvünün sözlərinə görə, Rusiya tərəfindən proseduru Rusiya Müdafiə Nazirliyi həyata keçirir. Məsələ ilə bağlı əlavə məlumat verilməyib.
Qeyd edilib ki, daha əvvəl əsirlərin cəsədlərinin mübadiləsi yanvarın 29-da baş tutub. O zaman Ukrayna 1000, Rusiya isə 38 həlak olan əsgərin cəsədini qəbul edib. Bu dəfə köçürüləcək cəsədlərin sayı hələlik məlum deyil.
QAZİLER.AZ



