Kuba sərhədçiləri Villa Klara əyalətinin sahillərində ABŞ gəmisinə atəş açıblar. Atışma zamanı dörd nəfər öldürülüb, altı nəfər yaralanıb.
Qaziler.az xəbər verir ki, bu barədə adanın Daxili İşlər Nazirliyinin “X” sosial media hesabında məlumat dərc edilib.
Nazirliyin məlumatına görə, Florida gəmisinin heyəti ilk olaraq Kuba əsgərlərinə atəş açaraq patrul komandirini yaralayıb. Yaralı amerikalılar təxliyə edilib və onlara lazımi tibbi yardım göstərilib.
QAZİLER.AZ



