ABŞ Çini izləmək üçün 12,6 milyard dollar xərcləyəcək

ABŞ Çini izləmək üçün 12,6 milyard dollar xərcləyəcək backend

ABŞ hakimiyyəti Çinin hərbi fəaliyyətinə nəzarəti gücləndirmək üçün daha 12,6 milyard dollar xərcləmək istəyir.

Qaziler.az bildirir ki, bu haqda “Bloomberg” ABŞ Konqresinə təqdim edilmiş sənədə istinadən məlumat yayıb.

"Pentaqon ABŞ-nin Çinin Asiyada misli görünməmiş hərbi quruculuğuna qarşı çıxmağa çalışdığı bir vaxtda Çinin hərbi manevrləri, sualtı qayıqları və peykləri üzərində nəzarəti yaxşılaşdırmaq üçün əlavə 12,6 milyard dollar xərcləməyi planlaşdırır", - deyə agentlik bildirib.

Bloomberg aydınlaşdırıb ki, bu xərclər Pentaqonun 2026-cı maliyyə ili üçün qəbul edilmiş 893 milyard dollarlıq müdafiə büdcəsindən ayrıca ayırdığı təxminən 152 milyard dollarlıq əlavə maliyyələşdirməyə daxildir.

QAZİLER.AZ