ABŞ prezident administrasiyası İranla potensial nüvə razılaşmasının müddətsiz olmasını təmin etmək niyyətindədir.
Qaziler.az-ın məlumatına görə, “Axios” bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa istinadla xəbər verir.
"Biz iranlılarla işimizi razılaşmanın ləğvi üçün heç bir müddəanın olmadığı bir əsasla başlayırıq", - nəşr qeyd edib.
İran və ABŞ nümayəndələri arasında nüvə məsələsi ilə bağlı danışıqlar fevralın 26-na planlaşdırılıb. Görüşün Cenevrədəki Omanın diplomatik nümayəndəliyində keçirilməsi gözlənilir.
QAZİLER.AZ



